“Mövzu – Qarabağ” adlı “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirilib. Sumqayıt24 bu haqda bu gün, 3 mart tarixində Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yarışma peşə təhsil mərkəzləri arasında keçirilib. Turnirin yekununda İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Sumqayıt Peşə Təhsil Mərkəzinin “Dəmir yumruq” komandası 1-ci, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Səma” komandası 2-ci, Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Şuşa” komandası isə 3-cü yeri tutublar.
Qalib komandalar Baş İdarənin kubok və fəxri fərmanları ilə təltif ediliblər.