Sumqayıtda “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı keçirilib. Bu haqda bu gün, 25 may tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Heydər Əliyev Mərkəzində keçirilən yarışda 7-9-cu sinif şagirdlərindən ibarət 24 komanda iştirak edib. Müsabiqə “28 May – Müstəqillik Günü”nə həsr edilmişdir.
11 saylı tam orta məktəbin “Supernova” komandası 1-ci, 28 saylı tam orta məktəbin “Kepler” komandası 2-ci, 23 saylı tam orta məktəbin “Pilot” komandası isə 3-cü yerə layiq görülüblər.
Qaliblər Fəxri fərman və hədiyyələr ilə təltif edilib.