Sumqayıtda yaşayan əhalinin sayı məlum olub. Sumqayıt24 bu barədə 15 noyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Cari il oktyabrın 1-nə şəhər əhalisi 347,8 min nəfər (məcburi köçkünlər istisna olmaqla) təşkil edir. Əhalinin sayı ilin əvvəlindən 1,0 min nəfər artıb.
Ərazisi 94,7 kv.km olan şəhərin əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 3672 nəfər olub.