Sumqayıt şəhəri 43 nömrəli məktəbdə “Narkotiklərə yox de!“ adlı tədbir keçirilib. Bu haqda 15 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Maarifləndirici görüşü Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü ilə Şəhər Polis İdarəsi və Sumqayıt Tibb Mərkəzi (STM) təşkil edib.
Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların Profilaktik İşinin Təşkili bölməsinin rəisi mayor Azər Bağırov, məktəbin direktoru Humay Ramazanova, STM-in Keyfiyyətə Nəzarət Komitəsinin rəhbəri Dr. Dünya Hüseynova, Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) həkim-pediatrı Müsənbər Səfərova geniş təqdimatla çıxış ediblər.
İştirakçılara narkotiklərin ziyanı barədə ətraflı məlumat verilib və suallar cavablandırılıb.