Sumqayıtda “Narkomaniya qara ölümdür, ona hamılıqla yox deyib, mübarizə aparaq” adlı mühazirə keçirilib. Bu haqda 9 iyul tarixində ekspert Emil Maqalov xəbər yayıb.
Görüş Poeziya evində təşkil olunub. Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər Regional Vəkillər Bürosunun vəkili Ruslan Mustafazadə çıxışında narkomanlara göstərilən hüquqi və psixoloji yardım metodlarından söhbət açıb. Sonra Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov bu bəlanın fəsadlarından danışaraq gənclərə məsləhət və tövsiyələrini verib.
Digər çıxış edənlər, iş təcrübəsində rastlaşdıqları narkomaniyanın acınacaqlı durumlarından danışıblar. Sonda isə tədbir iştirakçılarının sualları cavablandırılıb.