Sumqayıtda 3517 narkoman qeydiyyata alınıb. Sumqayıt24 bu haqda 9 yanvar tarixində Report.az-a istinadən xəbər verir.
Narkoloji Dispanserdən verilən məlumata görə, hazırda müəssisədə qeydiyyatda olan narkomanlardan 114-ü qadındır.
Qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1942 nəfərdir. Onlardan 22-si zərif cinsin nümayəndəsidir.
Bildirilib ki, onların əksəriyyəti 20-40 yaş arasındadır.