Sumqayıtda narkomaniyaya qarşı təbliğat və maarifləndirməyə dair tədbir keçirilib. Sumqayıt24 bu barədə 20 dekabr tarixində məlumat verir.
Tədbir Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutub. Çıxış edənlər narkotik asılılığı probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat veriblər.
Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrin əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.