Sumqayıtda polis narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. Bu haqda 28 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hadisə Bakı-Quba avtomobil yolunun H.Z. Tağıyev qəsəbəsindən keçən hissəsində baş verib.
Əməliyyatda Şəhər Polis İdarəsi, Saray RPİ, eləcə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iştirak ediblər. Nəticədə “Mercedes” avtomobili ilə qaçmağa cəhd edən 2 nəfər narkotacir saxlanılıb.
[video width="480" height="864" mp4="https://sumqayit24.az/storage/photos/2024/02/WhatsApp-Video3.mp4"][/video]