Sumqayıtda kişi narkotikdən ölüb. Sumqayıt24 bu haqda 9 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Narkotik vasitəni artıq dozada istifadə edən şəhər sakini, 36 yaşlı Ruslan Verdiyev komatoz vəziyyətə düşüb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.