Polis əməkdaşları Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri həyata keçirib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Aparılan tədbirlər zamanı əvvəllər məhkum olunmuş 37 yaşlı O.Məmmədov və ona narkotik vasitəni satmış əvvəllər məhkum olunmuş 47 yaşlı N.Nəcəfov şübhəli şəxs qismində saxlanılıblar. Onlardan və yaşadıqları evlərə baxış zamanı 1 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanıb.
Fakt araşdırılır.