Sumqayıtda yerləşən satış məntəqəsində Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlara aviabilet almaq mümkün olacaq. Bu haqda bu gün, 29 aprel tarixində Azərbacan Hava Yollarına (AZAL) istinadən xəbər veririk.
Məlumata əsasən, birbaşa uçuşlar 6 may tarixindən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Aviabiletləri, həmçinin Bakı və Naxçıvan şəhərlərində AZAL-ın satış ofislərində əldə etmək mümkündür.
Aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.
Ünvan: 3-cü mikrorayon, Sülh küçəsi 17;
Əlaqə nömrə: (012) 437-90-84 .