Sumqayıtda uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə gecə saatlarında qeydə alınıb. Çağırış üzrə FHN-in xilasetmə qüvvələri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış azyaşlı xilas olunub.