Ötən il Azərbaycanda hər min nəfərə düşən nikah hallarının ən çox və ən az qeydə alındığı rayonlar məlum olub.
Sumqayit24.az xəbər verir ki, 2024-cü ildə 49 min 508 nikah qeydə alınıb.
Bildirilib ki, onlardan 2716-sı Sumqayıtın da daxil olduğu Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb.
Qeyd edək ki, Bakı 11 min 638 nikahla ilk sıradadır.