Sumqayıtda 13 aprel tarixində ting paylama aksiyası keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi aksiya saat 15:00-da “Unibank" ASC-nin Sumqayıt filialının qarşısında (Sumqayıt şəhəri, N.Nərimanov küç, ev. 2/59) baş tutacaq.