Sumqayıt Qaz İstismarı sahəsinin inzibati binasının təsərrüfat həyətində iməcilik işləri görülüb. Bu barədə qurumun Facebook səhifəsinə istinadən xəbər veririk.
İməcilik zamanı müxtəlif gül və ağaclar əkilib, ağacların dibi bellənib, təbii gübrələr verilib və digər lazımi işlər həyata keçirilib.
Qeyd olunub ki, bu işlər növbəti həftələrdə də davam etdiriləcəkdir.