Sumqayıtda yanğın baş verib.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə gecə saatlarında Hacı Zeynalabdin Tağıyev qəsəbəsində elektrik yarımstansiyasında qeydə alınıb.
Belə ki, istidən əriyən kabellərin qısaqapanma yaradaraq yanğına səbəb olduğu ehtimal edilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Sözügedən yer yanğından mühafizə olunub.
Bundan əlavə, “Azərişıq” əməkdaşları da hadisə yerinə gəlib və əraziyə baxış keçiriblər.
Xatırladaq ki, ötən gün 6-cı mikrorayonda işıq dirəklərindəki qısaqapanma hadisəsi də yanğına səbəb olub.