Sumqayıtda “Xoş niyyətli, xoş arzulu təbiətin Bahar qızı” adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda bu gün, 18 mart tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Tədbir Mərkəzi uşaq kitabxanasında təşkil edilib. Tədbirdə Novruz bayramının tarixi və adət-ənənələri haqqında ətraflı məlumat verilib. N. Tusi adına 12 nömrəli tam orta məktəbin şagirdləri Novruza, bahara aid şeirlər söyləyib, mahnılar ifa ediblər. Novruzla bağlı göstərilən kiçik səhnəciklər, milli oyunlar, rəqslər və haxıştalar bayram şənliyinə rəng qatıb.