Sumqayıtda Novruz bayramı ilə əlaqədar təntənəli tədbir keçirilib. Bayram şəhərin “Kimyaçı” Mədəniyyət Sarayında qeyd olunub.
Sarayın önündə tonqal qalanıb, üzərində tarixi xanlıqlarımızın adları əks olunan çadırlar qurulub. Bu tədbirə İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri və şəhər ictimaiyyəti qatılıb.
Daha sonra tədbir “Kimyaçı” Mədəniyyət Sarayının foyesində davam edib. İştirakçılar Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və milli geyimli uşaqların iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların müxtəlif nömrələrini maraqla izləyiblər.
Sonda konsert keçirilib. Tədbirdə tanınmış sənət ustaları, incəsənət xadimləri iştirak ediblər. [modula id="11861"]