Sumqayıtda yaşlı qadın yanaraq ölüb. Sumqayıt24 bu haqda 6 avqust tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evinin sahibi Xuraman İbadova öz həyətində tullantıları yandırmaq üçün ocaq qalayıb. Bu zaman o, huşunu itirərək ocağa yıxılıb. Ağır yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.