Sumqayıt Tibb Mərkəzinin göndərişləri ilə pulsuz cərrahi əməliyyat olunanların sayı açıqlanıb. Bu haqda 23 iyun tarixində mərkəzin Facebook səhifəsinə istinadən xəbər veririk.
Müqaviləli tibb müəssisələrinə 2021-ci il aprel - 2022-ci il may tarixləri aralığında 645 nəfər Sumqayıt sakini göndəriş təqdim edib. Onların hər biri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına əməliyyat edilib.