Sumqayıtda məişət malları mağazasında oğurluq hadisəsi baş verib. Sumqayıt24-də bu haqda izləyicilər məlumat verib.
Təqdim etdiyimiz videomaterialdakı dükan 34-cü məhəllə ərazisində fəaliyyət göstərir. Belə ki, buraya alıcı qismində daxil olan şəxs piştaxtanın üzərindəki telefonu götürərək cibinə qoyur.
Bu anlar satıcının gözündən qaçsa da, müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.