Sumqayıtda orta aylıq əməkhaqqında artım müşahidə olunur. Bu haqda 31 oktyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Cari ilin yanvar-sentyabr aylarında orta aylıq əməkhaqqı 850 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% çoxdur. Hesabat dövründə Sumqayıtda 1121 yeni iş yeri açılıb.
Qeyd edək ki, 9 ay ərzində şəhərdə ticarət dövriyyəsinin dəyəri 1 il əvvələ nisbətən 22,6% artaraq 400 milyon manat təşkil edib.