top
Sumqayıtda parkın yerində bina tikilir? - ŞİKAYƏT
06 iyun 2025, 23:42
- +

Sumqayıtda parkın yerində bina tikilir? - ŞİKAYƏT

Sumqayıtda bina tikintisinin aparılacağı ilə bağlı yayılan xəbərlər 15-ci məhəllə sakinlərinin narahatlığına səbəb olub.

"Xəzər Xəbər" TV-nin məlumatına görə, sakinlər iddia edirlər ki, park ərazisində tikinti işləri aparılacaq və bu, yaşıllığın məhvinə gətirib çıxaracaq.

Şikayətçilər bildirirlər ki, mövcud parkda hansısa şirkət tərəfindən bina tikintisinin həyata keçirilməsi planlaşdırılır.

Vətəndaşlar qeyd edirlər ki, bir neçə gündür şirkət əməkdaşları parka gələrək bəzi yerləri qazıblar. Ərazidə hər hansı bir tikilinin aparılmayacağı deyilsə də, sakinlər buna inanmır.

"Key M Group" MMC-nin nümayəndələri bildiriblər ki, 15-ci məhəllə ərazisində 1950-ci illərdə inşa olunmuş, istismar müddətini başa vurmuş və hazırda qəzalı vəziyyətdə olan 12 ədəd yataqxana mövcuddur. Sözügedən yataqxanalar və binalar sökülərək, yerində müasir tipli çoxmərtəbəli binaların, şəhər sakinlərinin istirahəti üçün parkın və digər zəruri obyektlərin inşa edilməsi nəzərdə tutulur. Bu işlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən həyata keçiriləcək. Hazırda ərazidə geoloji kəşfiyyat işləri aparılır. Bütün sənədləşmə işləri tamamlandıqdan və sakinlərlə razılıq əldə olunduqdan sonra yenidənqurma işlərinə başlanılacağı qeyd olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, hazırda ərazidə hər hansı bir tikinti işi aparılmır. Gələcəkdə yalnız istismar müddətini başa vurmuş yataqxanaların sökülməsi və onların yerində qanunvericiliyə uyğun şəkildə abadlaşdırma və tikinti işlərinin aparılması planlaşdırılır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Dünən, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Dünən, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Dünən, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Dünən, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 12:20

SDU Kembric Universitetinin eksperti ilə bir araya gəldi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt məktəbləri yeni dərs ilinə hazırlaşır

Bütün xəbərlər
Dünən, 11:20

Sumqayıtı tüstüyə bürüyən zavodla bağlı ARAŞDIRMA: Normadan artıq zərərli qaz aşkarlanıb

Bütün xəbərlər
Dünən, 10:52

Xəzərdə zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 10:45

"Cəbrayıl yuxularımız çin oldu" – Sumqayıtdan köçən şəxs

Bütün xəbərlər
Dünən, 10:15

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

İdman
Dünən, 09:45

"Sabah" bu axşam "Mançester Yunayted"in qonağı olacaq

Bütün xəbərlər
Dünən, 09:15

Sakinlərə şad xəbər - Saray küçələrinə "zebralar" çəkiləcək

İdman
09 sentyabr 2026, 19:00

"Sumqayıt" "Şamaxı" ilə oyuna itki ilə çıxacaq? - AÇIQLAMA

Bütün xəbərlər
09 sentyabr 2026, 18:00

Sumqayıtda 48 məktəblə bağlı YENİLİK – "Rəqəmsal məktəb"ə qoşulmaları nəzərdə tutulur

Oxşar xəbərlər