Yararsız döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, 14-16 may tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilmə prosesi ilə əlaqədar partlayış səsləri eşidilə bilər. Müdafiə Nazirliyi (MN) əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını bildirir.
Qeyd edək ki, sözügedən poliqonda utilizasiya aparılarkən çıxan səslər Sumqayıtda da eşidilir.