Sumqayıtda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib.
Sumqayit24.az xəbər verir ki, icra başçısı Zakir Fərəcovun rəhbərliyi ilə keçirilən Şura iclasında mövsümlə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.
Şəhər rəhbəri payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar şəhər təsərrüfatında görülmüş işlər və qarşıda görülməsi vacib olan məsələlər haqqında ətraflı məlumat verib. Sonra əlaqədar qurumların rəhbərləri payız-qış mövsümünə hazırlıqla bağlı məruzə ilə çıxış ediblər.
Şəhər rəhbəri görülən işləri sürətləndirmək və mövcud problemləri qısa müddət ərzində aradan qaldırmaqla bağlı tapşırıqlarını verib.