“Sağlam Düşüncə“ Gənclər Təşkilatı "Peace in Diversity" adlı Erasmus+ Gənclər Mübadiləsi proqramına ev sahibliyi edir. Sumqayıt24 bu haqda Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Almaniya, Gürcüstan, Türkiyə, Litva, İspaniya və Sloveniyadan olan gənclər 26 may - 3 iyun tarixlərində keçirilən proqramda iştirak etmək üçün Sumqayıta gəlib.
Burada iştirakçılar müxtəlif sessiya və fəaliyyətlər vasitəsilə Avropa Birliyi və Şərqi Avropa, həmçinin Mərkəzi Asiya ölkələrində müxtəlifliklə əlaqəli münaqişələri öyrənəcək, onların həllini müzakirə edəcəklər.