top
Sumqayıtda pul üstündə mübahisə cinayətə yol açdı
15 oktyabr 2025, 00:55
- ↺ +

Sumqayıtda pul üstündə mübahisə cinayətə yol açdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın məlumtına görə, hadisə Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 5A saylı yaşayış binasının 4-cü girişində baş verib.

Sumqayıt şəhər sakini, 44 yaşlı Rauf aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı dəmir dabankeşlə
tanışı Zahidin baş nahiyyəsindən, yumruqla isə üz nahiyyəsindən vurub. Hadisəni törədən Raufun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Rauf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zahid onun yaşadığı əraziyə baxan 12 saylı MKİS-də bağban işləyir və mütəmadi olaraq yaşadığı 41A məhəllə ərazisində olur:

“Hadisə günü, təxminən saat 13:30-da evimin kanalizasiya xətti tutulduğu üçün yaşadığım binanın həyətində dayanan Zahidə yaxınlaşdım. Bu işdə mənə köməklik etməsini istədim və ona göstərdiyi kömək müqabilində 5 manat verəcəyimi dedim. Zahid də mənimlə razılaşdı. Dəmir trosla evimin eyvanından küçəyə gələn kanalizasiya xəttini təmizləməyə başladıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən saat 14:00-da Zahidə işini qurtardıqdan sonra 5 manat verib:

“Bu zaman Zahid pulun az olduğunu dedi. Üzərimdə az pul olduğu üçün ona əlavə olaraq 8 manat pul verdim. Zahid yenə pulun az olduğunu dedi və ünvanıma nalayiq ifadələr işlətdi. Əlavə olaraq 2 manat da verməyimi istədi. Zahidə baş qoşmayaraq pul gətirmək üçün evə getdim. Mən bloka girən zaman Zahidin arxamca yenə söydüyünü eşitdim. Mən evdən 2 manat pul götürdüm və evdən çıxan zaman dəhlizdə olan dəmir dabankeşi də həyətdə olan kanalizasiya borusunun ətrafında olan torpağı düzləşdirmək üçün götürdüm. Yaşadığım binanın girişinin 1-ci mərtəbəsinə düşən zaman Zahidin blokda məni gözlədiyini gördüm. 2 manat pulu ona verərək bir daha söyüş söyməməsini bildirdim. Buna görə aramızda mübahisə yarandı. Zahid yenə nalayiq söyüşlə məni söydü. Mən də bundan əsəbləşərək əlimdə olan dəmir dabankeşlə onun başından, yumruqlarla sifətindən vurdum. Zahidin başından xəsarət aldığını görərək onu daha vurmadım və öz evimə getdim. Zahid də oradan getdi. Sonradan Zahidin məndən polisə şikayət etdiyini öyrəndim”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən zərərçəkən ona qarşı şikayətini geri götürüb. Hakim onların barışmasını nəzərə alıb və təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
28 oktyabr 2026, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
28 oktyabr 2026, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
28 oktyabr 2026, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
28 oktyabr 2026, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
28 oktyabr 2026, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
28 oktyabr 2026, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Oxşar xəbərlər