Sumqayıtda 2 avtomobil toqquşub. Sumqayıt24 bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.
Məlumata əsasən, qəza “Daewoo” və “BMW” markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Hadisə yerinə cəlb olunan xilasedicilər, deformasiyaya uğrayan "Daewoo"nun içində sıxılı vəziyyətdə qalmış sürücünü çıxarıblar.
Vətəndaş aidiyyəti üzrə təhvil verilib.