Sumqayıt şəhərində iki minik avtomobili toqquşub. Bu haqda bu gün, 21 fevral tarixində Xeberle.com məlumat yayıb.
Hadisə şəhərin Sülh və Nərimanov küçələrinin kəsişməsində baş verib. Burada "Mercedes" markalı avtomobil “Ravon” markalı maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hər iki avtomobilə ziyan dəyib. Əraziyə DYP-nın əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.