Sumqayıtda “Azərbaycanda qadın hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib. Bu haqda bu gün, 25 may tarixində Sumqayıt MKS-ə istinadən xəbər veririk.
Tədbir Nizami Gəncəvi adına Kitabxana Klubunda təşki edilib. Burada qadının ictimai sferada və ailə həyatında hüquqlarından, qadın zorakılığına qarşı mübarizədən, gender bərabərliyindən danışılıb.
Görüşdə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin cinayət hüququ və kriminologiya kafedrasının müəllimi Aynurə Musayeva və kitabxananın fəal oxucuları iştirak ediblər. Tədbir iştirakçılarına mövzu ilə bağlı videoçarx nümayiş edilib. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.