Sumqayıtda qətl hadisəsi baş verib.
Sumqayit24.az xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
41 yaşlı Cəmalə Quliyevanın həyat yoldaşı tərəfindən boğularaq öldürüldüyü bildirilir.
O, şəhər xəstəxanalarından birində tibb bacısı işləyib.
Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.