top
Sumqayıtda qalmaqal - Şəhid bacısı məhəlləni ayağa qaldırdı
07 oktyabr 2025, 00:22
- ↺ +

Sumqayıtda qalmaqal - Şəhid bacısı məhəlləni ayağa qaldırdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 55, 57 və 59 saylı binaların sakinləri özünü şəhid ailəsi kimi təqdim edən Aida Mirzəyevadan şikayətçidir.

Vətəndaşların əsas narazılığı isə qadının uzun müddətdir binaya məxsus zibil qutularını ərazidən kənarlaşdırmasıdır.

Konkret.az sözügedən bina sakinlərinin müraciəti əsasında məsələni araşdırıb. Məlum olub ki, Aida Mirzəyeva Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının adından istifadə edərək, ərazidə böyük bir sahəni qanunsuz olaraq mənimsəyib və orada özünə ikimərtəbəli bina inşa etdirib. Hazırda həmin bina həm yaşayış evi, həm də obyekt kimi fəaliyyət göstərir.

Sakinlərin narazılığına səbəb olan əsas məqamlardan biri də Aida Mirzəyevanın bu ərazini səs-küylü məkana çevirməsidir. Bildirilib ki, tənha yaşayan qadın xüsusilə gecə saatlarında dostları ilə bir araya gələrək həyətdə gurultulu məclislər təşkil edir ki, bu da ətrafda yaşayanların istirahətinə ciddi mane olur. Etiraz edən sakinlər isə onun tərəfindən “Şəhid ailəsiyəm, mənə heç kim heç nə deyə bilməz” cavabı ilə susdurulub.

Bütün bunlarla kifayətlənməyən Aida Mirzəyeva son olaraq ətrafdakı zibil qutularına müdaxilə edib. Bina sakinlərinin göndərdiyi məlumatda bildirilir ki, Mirzəyeva obyektin qarşısını icarəyə vermək niyyətindədir və bu səbəbdən icarədarlara zibil qutularının ərazidən götürüləcəyinə dair söz verib. Onun istəyinə uyğun olaraq, zibil qutuları qanunsuz şəkildə ərazidən çıxarılıb və nəticədə məişət tullantılarının yığılması üçün əlçatan yer qalmayıb. Çıxış yolu tapmayan sakinlər zibili köhnə ərazidə yerə atmaq məcburiyyətində qalıblar və nəticədə sözügedən yer böyük bir zibil poliqonuna çevrilib. İddialara görə, Aida Mirzəyeva onların narazılığına qarşılıq olaraq nalayiq ifadələrlə təhqirə də yol verir.

“Bizim aramızda qazilər, əlillər, şəhid ailələri, yaşlı və xəstə insanlar var. Amma bir nəfərin şəxsi maraqları bütün bina sakinlərini girova çevirib. Şəhid adından sui-istifadə etmək olmaz”, – deyə sakinlər qəzəblərini ifadə ediblər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirildi ki, şikayət aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilib:

“Hazırda məsələ araşdırılır, sakinlərlə görüş keçiriləcək və qanunamüvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, şəhid ailəsi yalnız şəhidin valideynləri, həyat yoldaşı və övladlarını əhatə edir. Lakin Aida Mirzəyeva şəhid bacısı olaraq bu statusdan sui-istifadə edir və şəxsi maraqları naminə ictimai mühiti pozur. İnsanların rahatlığını pozmaq, ictimai əraziyə qanunsuz şəkildə sahiblənmək, həmçinin vətəndaşlara hədə-qorxu gəlmək nə hüquqa, nə də cəmiyyətin mənəvi dəyərlərinə sığır. Ümid edirik ki, Sumqayıt şəhər rəhbərliyi tezliklə bu özbaşınalıqlara qarşı qanuna uyğun tədbirlər görəcək.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
28 oktyabr 2026, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
28 oktyabr 2026, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
28 oktyabr 2026, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
28 oktyabr 2026, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
28 oktyabr 2026, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
28 oktyabr 2026, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Oxşar xəbərlər