Sumqayıt şəhəri akvatoriyasında brakonyer aşkar edilib. Bu haqda bu gün, 23 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər veririk.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı şəhər sakini Ramil Hüseynov saxlanılıb. Vətəndaşın istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Brakonyer barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Daha öncə daha bir brakonyer saxlanılmışdır.