Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu haqda 9 mart tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən araşdırma zamanı qanunsuz ov edənlərdən istifadəsi qadağan olunmuş alətlər götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.