Sumqayıtda 16 yanvar, axşam saatlarından etibarən yağıntılı hava şəraiti müşahidə olunur. Sumqayıt24 bu barədə Report-a istinadən xəbər verir.
Yağan yağış, bu gün 17 yanvar, səhər saatlarında sulu qarla əvəz olunub. Saat 10:00-a olan məlumata əsasən, şəhərimizə düşən yağıntının miqdarı 2 mm təşkil edib və Bakı (1 mm) ilə müqayisədə daha çox olub.
Xatırladaq ki, 14 yanvar tarixində Sumqayıtda aylıq yağıntı normasının 44%-i yağmışdır.