Sumqayıt şəhərində qatar maşınla toqquşub.
Report.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunda baş verib. Hərəkətdə olan qatarla "KamAZ"ın toqquşması nəticəsində yük maşını aşıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.