Sumqayıtda “Ford Transit” və “Lada Priora” markalı avtomobillər toqquşub. Sumqayıt24-ə bu barədə 30 avqust tarixində izləyicilər xəbər verib.
Hadisə Kimya Sənaye Parkının önündə baş verib. Nəticədə, “Ford” aşıb, “Lada” isə beton arakəsməyə çırpılaraq yolun əks istiqamətinə çıxıb. Hər iki nəqliyyat vasitəsinin ön hissəsi yarasız vəziyyətə düşüb.
Qəza zamanı xəsərət alan olmayıb.