Sumqayıtda ağır qəza olub. Sürücü və iki piyada xəsarət alıblar. Bu haqda 16 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə 15 dekabr axşam saatlarında, Ağa Quliyev küçəsində qeydə alınıb. Şahidlərin dediyinə görə, işıqforun qırmızı işığından keçən “Opel” markalı avtomobil “Ford” markalı yük maşını ilə toqquşub. Nəticədə “Opel” səkinin üzərindəki obyektə çarpılıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar. [modula id="28825"]