Sumqayıtda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən reydlər keçirilib. Sumqayıt24 bu haqda bu gün, 16 mart tarixində AQTA-ya istinadən xəbər verir.
Məlumata əsasən, monitorinq zamanı 16-ci mikrorayonda yerləşən “Şam” restoranında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Daha öncə, “Osmanlı” restoranında qanun pozuntusu aşkar edilmişdir.