Sumqayıtda qış mövsümünə hazırlıqla bağlı icra başçısı yanında şuranın iclası keçirilib. Sumqayıt24 bu barədə 26 noyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yığıncaqda icra başçısı Zakir Fərəcov gündəlikdə duran məsələlər, qış mövsümünə hazırlıqla bağlı şəhər təsərrüfatında görülmüş işlər və həllini gözləyən məsələlərlə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, şəhər təsərrüfatının qış mövsümünə hazır olması, əhalinin istilik, elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təmin edilməsi üçün sözügedən qurum tərəfindən tədbirlər planı hazırlanıb və icrası istiqamətində bir sıra işlər görülüb.
Şəhər rəhbəri aidiyyəti qurumların rəhbərlərinə qışa hazırlığı sürətləndirmək, mövcud problemləri qısa müddət ərzində aradan qaldırmaqla bağlı tapşırıqlarını verib.