Yol polisi “Təmiz hava” aylığı çərçivəsində Sumqayıtda maarifləndirici-profilaktik tədbir keçirilib.
Sumqayit24.az xəbər verir ki, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı avtomobillərdən atmosferə atılan qazların miqdarı yoxlanılıb.
Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı maarifləndirici tövsiyələr verilib.
Aksiya zamanı əksər sürücülərin avtomobilləri normalara cavab verib. Zərərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücülərinə qanunvericiliyə uyğun tədbirlər görülüb.