Sumqayıtda fəaliyyət göstərən "Papa John's" ,"Osmanlı" kafesi və "Dermamed" Estetik Mərkəzinin sahibləri cərimələniblər. Bu barədə APA məlumat yayıb.
Reyd zamanı məlum olub ki məkanlarda tibbi maskadan istifadə olunmur, dezinfeksiyaedici məhlullar isə mövcud deyil.
Həmçinin, şəhərin Heydər Əliyev prospektində yerləşən "Mərkəz" plazada fəaliyyət göstərən obyektlərdə karantin rejiminin pozulması aşkar olunub. Plazanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və nöqsanların aradan qaldırılması üçün rəhbərliyə göstəriş verilib.
Faktlarla bağlı araşdırma aparılır.