Sumqayıtda yol hərəkəti iştirakçıları ilə bağlı reydlər təşkil olunub. Sumqayıt24 bu haqda AzTV-yə istinadən xəbər verir.
Koroğlu prospektində yol polisi əməkdaşlarının keçirdikləri yoxlama zamanı yolu piyadalar üçün nəzərdə tutulmamış hissədən keçən bir çox vətəndaş aşkar edilib. Onların hər biri ilə profilaktik söhbət aparılıb, qarşılaşa biləcəkləri həyati təhlükə izah olunub və protokollar tərtib olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı onu da bildirib ki, piyadalara yol verməyən sürücülər barədə də qanuna uyğun tədbirlər görülüb.
Qeyd edək ki, reydlər bundan sonra da davam edəcək.