Sumqayıtın sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Bildirilib ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.