 
                                            
                    
                    Sumqayıt sakinləri aparılan “budama” işlərindən narazıdırlar.
Sumqayit24.az-a müraciət ünvanlayan vətəndaşlar iddia edirlər ki, şəhərin 34-cü məhəllə ərazisində bitən sağlam ağac əsassız şəkildə, demək olar ki, “vəhşicəsinə” budanıb. Onlar bildiriblər ki, budama işləri zamanı ağacların təbii forması tam pozulub, budaqlar yerə səpələnmiş vəziyyətdə qalıb və ərazi səliqəyə salınmayıb.
Sakinlər məsul qurumlardan bu cür halların qarşısının alınmasını və ərazinin təmizlənməsini tələb edirlər.