1 nömrəli Ailə Sağlamlıq Mərkəzi (ASM) 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirib. Sumqayıt24 bu haqda 7 mart tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Tədbirdə şəhid anaları, şəhidlərin həyat yoldaşları və övladları iştirak ediblər. STM-in direktoru Səkinə Sadıxova Azərbaycan qadınının müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyindən danışıb.
Sonra şagirdlər ədəbi-bədii kompozisiyalar ifa ediblər, şəhid ailələrinə hədiyyələr təqdim olunub.