Sumqayıt şəhərində şəhid ailələri və qazilərə sovqatlar verilib. Bu barədə Sumqayıt24 30 dekabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Əlaqələndirmə mərkəzi tərəfindən şəhid ailələrinin və qazilərin evlərinə baş çəkilib. Kollektiv onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində gətirdikləri sovqatları təqdim ediblər.