Sumqayıt şəhər Şəhidlər xiyabanında 1-ci Qarabağ müharibəsi şəhidi Səid Səmədovun anım gününə həsr olunan tədbir keçirilib. Bu haqda 1 mart tarixində Regional Mədəniyyət İdarəsi məlumat verir.
Tədbirdə Qubadlı rayon icra başçısının müavini Allahverdi Haqverdiyev və digər məsul işçilər, YAP-nin Qubadlı rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin ailə üzvləri, cəbhə yoldaşları, rayon ictimaiyyəti, Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin işçiləri iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Burada şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verilib. Çıxış edənlər şəhid Səid Səmədov haqqında xoş xatirələrini bölüşüblər.