Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid və qazi ailələri ziyarət edilib. Bu barədə 28 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhid Səmidin Əliyevin ailəsi və qazilər - Tural Cəfərov, Elvin Xəlilov, Tərlan Həmdullayev, Qəhrəman Ağacanov gənclər və idman ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət ediliblər.
Görüş zamanı qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, şəhid ailələri və qazilərin qayğıları dinlənilib.