Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində "Şəhidlər unudulmur" adlı tədbir təşkil edilib. Bu barədə 20 yanvar tarixində Sumqayıt24 təhsil oçağına istinadən məlumat verir.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Təhsil müəsisəsinin direktoru Samir İsmayılov 20 Yanvar faciəsinin tarixi haqqında geniş məlumat verib. Şagirdlər 20 Yanvar faciəsinin acılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərlə ifadə ediblər. Sonda mövzuya həsr olunan rəsm sərgisinə baxış keçirilib.